IT həllər & rəqəmsal marketinq · Bakı

Biznesinizin rəqəmsal tərəfini biz qururuq.

Veb sayt və mobil tətbiqdən serverə, hostinqdən Meta və Google reklamlarına qədər — texnologiya və marketinqi bir komanda kimi idarə edirik.

  • Pulsuz ilkin konsultasiya
  • Şəffaf qiymət və müddət
  • Təhvildən sonra dəstək

Xidmətlər

Bir komanda.
İki güclü istiqamət.

Texniki tərəfi bir şirkətə, reklamı başqasına həvalə edib aralarında əlaqə qurmağa ehtiyac yoxdur. Saytınızı quran komanda ona trafik də gətirir.

24/7
server monitorinqi
0%
server uptime hədəfi
0gün
orta korporativ sayt təhvili
0
xidmət bir komandada

Necə işləyirik

Sadə proses,
aydın nəticə.

Hər mərhələnin sonunda nə əldə etdiyinizi bilirsiniz. Gizli xərc, uzanan müddət, cavabsız zənglər olmur.

1

Tanışlıq

Biznesinizi, məqsədlərinizi və mövcud vəziyyəti dinləyirik. İlk görüş pulsuzdur.

2

Plan və təklif

Konkret iş həcmi, müddət və qiymət yazılı şəkildə təqdim olunur.

3

İcra

Dizayn, proqramlaşdırma, quraşdırma və ya kampaniya — hər mərhələ sizinlə razılaşdırılır.

4

Təhvil və dəstək

İşi təhvil veririk, öyrədirik və sonrakı dəstəyi davam etdiririk.

Niyə UPM

Texnologiyanı başa düşən
marketinq komandası.

Hər şey bir yerdə

Domen, hostinq, sayt, e-poçt və reklam hesabları — hamısı bir komandanın nəzarətində. Problem yarananda “bu bizim işimiz deyil” cavabı eşitmirsiniz.

Təhlükəsizlik əsasdır

SSL, firewall, ehtiyat nüsxə və yeniləmələr standart olaraq daxildir.

Sürətli reaksiya

Texniki problem olanda birbaşa mütəxəssislə danışırsınız — çağrı mərkəzi yoxdur.

Ölçülə bilən nəticə

Pixel, GA4 və konversiya izləməsi ilə reklam büdcəsinin nə gətirdiyini rəqəmlərlə görürsünüz.

Təhvildən sonra da yanınızdayıq

Sayt və ya tətbiq təhvil verildikdən sonra yeniləmə, kontent dəyişikliyi və texniki dəstək üçün aylıq xidmət paketləri təklif edirik.

Suallar

Tez-tez verilən suallar

Cavabını tapmadığınız sual varsa, zəng edin və ya yazın.

055 331 30 22
Sayt hazırlanması nə qədər vaxt aparır?

Korporativ sayt adətən 2–4 həftə, e-ticarət və fərdi sistemlər isə həcmindən asılı olaraq 1–3 ay çəkir. Dəqiq müddəti ilkin görüşdən sonra yazılı təklifdə göstəririk.

Qiymətlər necə hesablanır?

Hər layihə fərqli olduğu üçün qiymət iş həcminə görə hesablanır. Hostinq, VPS və e-poçt üçün isə sabit aylıq/illik paketlərimiz var — müraciət edin, uyğun variantı təklif edək.

Reklam büdcəsi sizin xidmət haqqınıza daxildir?

Xeyr. Reklam büdcəsi birbaşa platformaya (Meta, Google, Snapchat) ödənilir, bizim xidmət haqqımız ayrıca razılaşdırılır. Beləliklə hər manatın hara getdiyini görürsünüz.

Mövcud saytımızı və ya serverimizi götürə bilərsiniz?

Bəli. Mövcud sistemi audit edir, lazım gələrsə yeni hostinqə və ya serverə dayanmadan köçürür və idarəsini üzərimizə götürürük.

Sayt hazır olandan sonra özüm idarə edə biləcəm?

Bəli. Hər saytla birlikdə idarəetmə paneli verilir və necə istifadə edəcəyinizi göstəririk. İstəsəniz bu işi aylıq dəstək paketi ilə biz görürük.